Qazaxda 34 yaşlı kişi intihara cəhd edib

Qazaxda 34 yaşlı kişi intihara cəhd edib Hadisənin içki üstündə baş verdiyi bildirilir
Hadisə
12 Mart , 2017 14:41
Qazaxda 34 yaşlı kişi intihara cəhd edib

Qazax. 12 mart. REPORT.AZ/ Qazax rayonunda 34 yaşlı kişi intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Aşağı Salahlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Zirəddin Sabir oğlu hələ ki, bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək özünə qəsd etmək istəyib.

Zəhərlənən Z.İsmayılov yaxınları tərəfindən Qazax rayon Mualicəvi Diaqnostika Mərkəzinə aparılıb. Dərhal həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta-ağırdır.

Bildirilir ki, onun intihar etməsinə atası ilə içkiyə görə mübahisə etməsi səbəb olub. Ata oğlundan spirtli içki içməməsini istəyib. Nəticədə aralarında mübahisə düşüb. Sonra zərərçəkən əsəbi halda mal-qara üçün istifadə olunan bir neçə dərman perapatları qəbul edərək özünü öldürmək istəyib.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi