Qazaxda 33 yaşlı qadın intihar edib - YENİLƏNİB

Qazaxda 33 yaşlı qadın intihar edib - YENİLƏNİB Qazax rayonunda 33 yaşlı qadın intihar edib.
Hadisə
27 May , 2019 13:29
Qazaxda 33 yaşlı qadın  intihar edib - YENİLƏNİB

Qazax rayonunda 33 yaşlı qadın intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 1986-cu il təvəllüdlü Fatimə İlqar qızı Həsənova özünü asaraq intihar edib.

Onun ailəli olduğu və 2 azyaşlı övladı olduğu bildirilir.

Onun öz atasının evində özünü asaraq intihar etdiyi bildirilib.

İntiharın səbəbləri hələlik məlum deyil.


*** 10:23

Qazax rayonunda gənc qadın intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc qadın özünü yaşadığı evdə asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Qadının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöğbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi