Qazaxda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb

Qazaxda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb Qazax rayonunda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Hadisə
9 İyul , 2019 15:18
Qazaxda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb

Qazax rayonunda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2016-cı il təvəllüdlü Ömər Şahmarov ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu olan qazanın içərisinə yıxılıb.

O, yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. 

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Ö.Şahmarovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi