Qazaxda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Qazaxda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
17 İyun , 2019 17:50
Qazaxda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarovu yolu qarşı tərəfə keçmək istəyərkn avtomobil vurub və gənc aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə yerləşdirilib. 


*** 16:23

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən gənc oğlanı vurub. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ağır bədən xəsarətləri alan gənc oğlan hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi