Qazaxda 21 yaşlı gənc qətlə yetirilib - ƏLAVƏ OLUNUB

Qazaxda 21 yaşlı gənc qətlə yetirilib - ƏLAVƏ OLUNUB Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
8 Fevral , 2017 20:13
Qazaxda 21 yaşlı gənc qətlə yetirilib - ƏLAVƏ OLUNUB

Qazax. 8 fevral. REPORT.AZ/ Qazaxda 21 yaşlı gənc bıçaqlanıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində, çayxananın qarşısında baş verib. 

Qazax rayon sakini, 1996-ci il təvəllüdlü Samir Göycə oğlu İsmayılovla hələlik şəxsiyyəti istintaqa məlum olmayan şəxs arasında dava düşüb. Bu zaman S.İsmayılov ürək nahiyəsindən bir bıçaq zərbəsi alaraq ağır yaralanıb. Hadisəni törədən şəxs qaçıb, yaralını isə dostları avtomobillə Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparıblar. Həkimlərin səylərinə baxmayaraq, ürək nahiyəsindən bıçaq yarası aldığından onun həyatını xilas etmək mümkün olmayıb.

Qazax Rayon Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Ölən şəxsin həqiqi hərbi xidmətini 20 gün əvvəl başa vurduğu bildirilir. 

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi