Qazaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var Həkimlər onlardan birinin vəziyyətini orta-ağır, digərlərinin durumunu isə qənaətbəxş kimi qiymətləndiriblər
Hadisə
12 Avqust , 2017 12:06
Qazaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Qazax. 12 avqust. REPORT.AZ/ Qazax şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "SU-15" deyilən ərazisində qeydə alınıb. 

Belə ki, "Lexus" markalı avtomobillə "VAZ -21099" markalı avtomobilin toqquşması nəticəsində sürücülər və iki sərnişin xəsarət alıb. Həkimlər onlardan birinin vəziyyətini orta-ağır, digərlərinin durumunu isə qənaətbəxş kimi qiymətləndiriblər. 

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi