Qazaxda 18 yaşlı 2 qızı avtomobil vurub

Qazaxda 18 yaşlı 2 qızı avtomobil vurub Qazax rayonunda iki piyadanı avtomobil vurub.
Hadisə
100
24 Sentyabr , 2019 23:12
Qazaxda 18 yaşlı 2 qızı avtomobil vurub

Qazax rayonunda iki piyadanı avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kənd ərazisində qeydə alınıb. 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Tamaşa Əli qızı Məmmədovanı və onun həmyaşıdı Gülnur Məqsəd qızı Mirzəliyevanı "Tofaş" markalı avtomobil vurub. Xəsarət alan hər iki piyada Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. 

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi