Qazaxda 15 yaşlı qız kolbasadan zəhərlənib

Qazaxda 15 yaşlı qız kolbasadan zəhərlənib Hadisə Alpoud kəndində baş verib
Hadisə
5 Mart , 2017 02:48
Qazaxda 15 yaşlı qız kolbasadan zəhərlənib

Qazax. 5 mart. REPORT.AZ/ Qazaxda 15 yaşlı qız yediyi kolbasa məhsulundan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Alpoud kənd sakini, 2002-ci il təvəllüdlü, Həsənova Gözəl Asəf qızı yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyəti normallaşıb və evinə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi