Yuxarı
    Bağlamaq

    Qazaxda 11-ci sinif şagirdi qətlə yetirilib

    Faktla bağlı araşdırma aparılır

    Qazax. 23 sentyabr. REPORT.AZ/ Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib.

    "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb. 

    Belə ki, Qazax rayonunun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi, 2000-ci təvəllüdlü Taleh Bayram oğlu Abdullayev kənddən rayona repetitor yanına gedən zaman onun qarşısını 13-15 yaşlı Nadir adlı yeniyetmə kəsərək pul tələb edib. Ancaq T.Abdullayev onun bu tələbini rədd edib. Nəticədə Nadir onun qarnının üst nahiyəsinə bir bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Yaralı yaxınlıqdakıların köməyi ilə avtomobillə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölən yeniyetmə evin tək oğlu olub. 

    Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb. 

    Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi