Qazaxa yeni DYP rəisi təyin olunub

Qazaxa yeni DYP rəisi təyin olunub Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
Hadisə
166
14 Noyabr , 2019 10:41
Qazaxa yeni DYP rəisi təyin olunub

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi