​Qazax və Ağstafa rayonlarının bir hissəsi işıqsız qalıb

​Qazax və Ağstafa rayonlarının bir hissəsi işıqsız qalıb Əraziyə enerjinin verilişi ardıcıl olaraq bərpa edilir
Hadisə
29 Mart , 2016 14:46
​Qazax və Ağstafa rayonlarının bir hissəsi işıqsız qalıb

Bakı. 29 mart. REPORT.AZ/ Qazax və Ağstafa rayonlarının bir hissəsi işıqsız qalıb. "Report"un məlumatına görə, güclü külək Ağstafada yerləşən 110, 35 və 10 kilovoltluq yarımstansiyada izolyatoru sıradan çıxarıb. Nəticədə Qazax və Ağstafa rayonlarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 

Qazax rayon Elektrik Şəbəkəsindən "Report"a bildirilib ki, yaranan problemi aradan qaldırmaq üçün şəbəkənin işçi qüvvəsi əraziyə səfərbər olunub: "Hazırda daşıyıcı və paylayıcı xətlər bir-bir yoxlanılır. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Əraziyə enerjinin verilişi ardıcıl olaraq bərpa edilir".

Son xəbərlər

Orphus sistemi