Qazax sakinini elektrik cərəyanı vurub

Qazax sakinini elektrik cərəyanı vurub Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə
5 Sentyabr , 2020 22:35
Qazax sakinini elektrik cərəyanı vurub

Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Kənd sakini Murad Kosayev yaşadığı evin elektrik xəttində yaranmış nasazlığı aradan qaldırmaq istəyən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə onu cərəyan vurub.

M.Kosayev xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi