Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb - YENİLƏNİB

Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb - YENİLƏNİB Qazax sakini bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Hadisə
342
23 Mart , 2022 15:10
Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb - YENİLƏNİB

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

15:02

Qazax sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, Qazax sakini, Biləndər Əliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi