​Qazaxda evi yanan 61 yaşlı qadın özünü 2-ci mərtəbədən aşağı atıb - FOTO

​Qazaxda evi yanan 61 yaşlı qadın özünü 2-ci mərtəbədən aşağı atıb - FOTO O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
5 Mart , 2016 03:39
​Qazaxda evi yanan 61 yaşlı qadın özünü 2-ci mərtəbədən aşağı atıb - FOTO

Bakı. 5 mart. REPORT.AZ/ Qazax rayonunda 2 mərtəbəli binanın ikinci mərtəbəsində yanğın baş verib.

"Report" xəbər verir ki, alov tez bir zamanda ətrafa yayıldığından ruhi xəstə olan 61 yaşlı Süsən Göyüşova özünü yanğından xilas etmək üçün aşağı atılıb. 

Nəticədə müxtəlif bədən xəsarətləri alan S. Göyüşova Qazax Diaqnostika Mərkəzinə aparılıb. Bel və omba nahiyəsindən xəsarət alan zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Qazax Rayonlararası Ruhi Xəstəxanaya göndərilib.

Yanğın zamanı ümumi sahəsi 26 kv.m olan 2 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m, şkaf, qapı və pəncərə 4 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi