Qaz İstismar İdarəsinin baş mühəndisi: "Xudat Şəhər Xəstəxanasında partlayış olmayıb"

Qaz İstismar İdarəsinin baş mühəndisi: "Xudat Şəhər Xəstəxanasında partlayış olmayıb" Hazırda yanıq xəsarəti alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müalicə alır
Hadisə
30 Aprel , 2016 12:54
Qaz İstismar İdarəsinin baş mühəndisi: Xudat Şəhər Xəstəxanasında partlayış olmayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Xaçmaz rayonu, Xudat Şəhər Xəstəxanasında partlayış olmayıb. Bunu "Report"a açıqlamasında Xaçmaz Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Əlibaba Əliyev deyib.

O bildirib ki, xəstəxanada yerləşən stomotoloji kabinetdə gecə saat 11 radələrində təmir işləri aparılıb: "Təmir üçün bizim idarədən mütəxəssis çağırılmayıb. Təmiri kənardan çağırılan usta aparıb. O qazı bağladığına əmin olmaq üçün kibrit alışdırıb və bu zaman ustanın üzü və əlləri yanıb. Hazırda yanıq xəsarəti alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə alır".

Hadisə baş verən əraziyə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Xaçmaz RMX-nın baş həkimi Səyyad Tağıyev, Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinin əməkdaşları baxış keçirib. Təmir işlərini aparan ustanın izahatının alındığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi