Bakıda qaynını öldürən şəxsin oğlu məhkəmədə ifadə verməkdən imtina edib

Bakıda qaynını öldürən şəxsin oğlu məhkəmədə ifadə verməkdən imtina edib Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə proses davam etdirilib.
Hadisə
27 Dekabr , 2018 17:46
Bakıda qaynını öldürən şəxsin oğlu məhkəmədə ifadə verməkdən imtina edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə proses davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesə şahid qismində təqsirləndirilən şəxsin oğlu Rafiz Məmmədov dəvət edilib.

O, məhkəmədə ifadə verməkdən imtina etdiyini söyləyib.

Hakim qeyd edib ki, məhkəmədə şahidlərin yaxın qohumların əleyhinə ifadə verməmək hüququ var. Bu səbəbdən R.Məmmədovun istintaqa verdiyi ifadəsi qəbul olunub.

Həmçinin məhkəmədə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi yanvarın 10-da davam edəcək.

Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 10-na təyin edilib.

Qeyd edək ki, E.Məmmədov qayını Mərkəz Quliyevi qətlə yetirib.

Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

Son xəbərlər

Orphus sistemi