Qaynını bıçaqlayan şəxsə hökm oxunub

Qaynını bıçaqlayan şəxsə hökm oxunub Rahil Səmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
12 May , 2016 11:05
Qaynını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını bıçaqlamaqda təqsirləndirilən, əvvəllər məhkum olunmuş Rahil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində olan Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinə tövsif edilib və R.Səmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il dekabrın 13-də Xızı rayonunun Şuraabad kəndində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş Rahil Səfərov öz həyat yoldaşı ilə mübahisə edib. Bu zaman əmisi oğlu və qaynı Vüsal Səfərova məsələyə qarışıb. R.Səfərov qaynına bıçaqla xəsarət yetirib.

Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərov tutulub.

Ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Rahil Səmədov 2012-ci ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Son xəbərlər

Orphus sistemi