Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionunun apellyasiya şikayəti təmin edilməyib

Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionunun apellyasiya şikayəti təmin edilməyib Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həbsdə olan kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
14 sentyabr 2018 13:02
Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionunun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həbsdə olan kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a onun vəkili Vüqar Tumasov məlumat verib.

Onun sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, E.Məcidovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir. O, qayınatasını döyməkdə ittiham edilir.

E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 127-ci (sağlamlığa yüngül zərər vurma) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi