Qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub Bakıda qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
28 İyul , 2022 17:18
Qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Nəsimi rayonu ərazisində qeydə alınıb.

R.Tağıyev arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

R.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi