Qayınanasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Qayınanasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sübhan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
19 Oktyabr , 2019 14:33
Qayınanasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
pexels.com

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sübhan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlrədə keçiriləcək.

Hadisə ötən ilin dekabr ayılnda Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə, sürücü və beş sərnişini xəstəxanaya yerləşdirilib. Sürücünün qayınanası M.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

S.Məmmədova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi