Qayınanasını və arvadını qətlə yetirən şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb - YENİLƏNİB

Qayınanasını və arvadını qətlə yetirən şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb - YENİLƏNİB İsmayılov Ramin Səfər oğlu polisə təslim olub
Hadisə
22 May , 2018 10:36
Qayınanasını və arvadını qətlə yetirən şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb - YENİLƏNİB

Bakı. 22 may. REPORT.AZ/ Bakının Xətai rayonunda iki nəfəri qətlə yetirən İsmayılov Ramin Səfər oğlu polisə təslim olub.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

*** saat 04:12

Bakı. 22 may. REPORT.AZ/ Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1954-ci il təvəllüdlü Ətir İsgəndərova və 1987-ci il təvəllüdlü Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər.

Ə.İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

Aydın olub ki, G.İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb. G.İsgəndərovanın əri (hələlik adı açıqlanmır) bu gün axşam saatlarında onun yaşadığı evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən Ə.İsgəndərovanı da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb.

Hadisəni törədən şəxs evdən çıxaraq məsuliyyətdən yayınmaq üçün naməlum istiqamətdə qaçıb.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi