Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayan şəxsin məhkəməsi başlayıb

Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayan şəxsin məhkəməsi başlayıb Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
27 Dekabr , 2018 11:46
Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayan şəxsin məhkəməsi başlayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, C.İsgəndərov "Osmanlı" kafesində kuriyer vəzifəsində çalışıb.

Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 10-na təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı C.İsgəndərovla mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan, C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. C.İsgəndərov onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. C.İsgəndərov istintaq qrupu tərəfindən saxlanılıb. Verilən məlumata görə, hadisə vaxtı o, sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var.

Son xəbərlər

Orphus sistemi