Qaya parçalarının düşməsi nəticəsində bağlanan Xınalıq yolu açılıb - YENİLƏNİB

Qaya parçalarının düşməsi nəticəsində bağlanan Xınalıq yolu açılıb - YENİLƏNİB Qaya parçaları Quba-Xınalıq yolunun 34-cü km-də maşınların hərəkətini iflic etmişdi
Hadisə
17 Aprel , 2016 17:45
Qaya parçalarının düşməsi nəticəsində bağlanan Xınalıq yolu açılıb - YENİLƏNİB

Bakı. 17 aprel. REPORT.AZ/ Ötən gün axşam saatlarında yağan güclü yağışdan sonra bağlanan Quba-Xınalıq yolunun 34-cü km. artıq açılıb.

"Report" xəbər verir ki, Quba 6 saylı Yol İstismar İdarəsinin əraziyə cəlb olunan texnika və canlı qüvvəsi yolu qaya parçalarından təmizləyib.

***16:36

Ötən gün axşam saatlarında yağan güclü yağışdan sonra Quba-Xınalıq yolunda problemlər yaranıb.

"Report" xəbər verir ki, torpaq qatı ilə axan qaya parçaları Quba-Xınalıq yolunun 34-cü km-də maşınların hərəkətini iflic edib. Artıq 34-cü km-dən Xınalıq istiqamətinə yol bağlanıb.

Xınalıqdan gələn sürücülər yolun gecə saat 1 radələrindən bağlı olduğunu bildiriblər. Sürücülər həmin yerdən geriyə qayıtmağa məcbur olublar.

Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Hazırda qaya parçalarının yoldan təmizlənməsi işləri aparılır.

"Yolun tam açılmasına az qalıb. Hazırda bu yoldan istifadə edən sürücülər ehtiyatlı olsunlar. Yolda təhlükələr qalmaqdadır", - deyə Yİİ-nin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında bildirib.

Son xəbərlər

Orphus sistemi