Qaxın dağlıq ərazisində axşam saatlarından başlayan yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-3

Qaxın dağlıq ərazisində axşam saatlarından başlayan yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-3 Yanğın İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidədir
Hadisə
19 Noyabr , 2017 15:58
Qaxın dağlıq ərazisində axşam saatlarından başlayan yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-3
Report

Qax. 19 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın söndürülüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.


***13:53

Qax. 19 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Yanğın Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.


***12:54

Qax. 19 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın davam edir.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, təqribən 2 hektar yaylaq ərazisini əhatə edən yanğının söndürülməsinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 15 nəfərdən ibarət şəxsi heyəti və Qax Meşə Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları cəlb olunub.

FHN-in yaydığı məlumata görə, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur.


*** 01:26

Qax. 19 noyabr. REPORT.AZ/ Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.

Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi