Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı "Report"a açıqlamasında Qax rayonu ərazisində zəlzələ olması faktını təsdiqləyib.
O bildirib ki, zəlzələnin maqnitudası 2.9 olub: "Qaxda qeydə alınan zəif təkandır".
*** 09:56
Qax. 9 fevral. REPORT.AZ/ Qax rayonunda zəlzələ olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, saat 09:51-də rayon ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss edilib, yerli sakinlər arasında həyacan yaşanıb.