Yuxarı

Qaxda zəlzələ nəticəsində evlərdə çatlar yaranıb, kəndlərdən icra orqanlarına müraciətlər daxil olub

Qaxda zəlzələ nəticəsində evlərdə çatlar yaranıb, kəndlərdən icra orqanlarına müraciətlər daxil olub
Bu saata qədər dörd kənddən müraciət daxil olub
© Report

Qax. 6 iyun. REPORT.AZ/ "Qax rayonunda baş verən zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib, Rayon İcra Hakimiyyətinə kəndlərdən müraciətlər daxil olub".

Bu barədə "Report"un Şimal-qərb bürosuna Qax rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Tahir İsmayılov məlumat verib.

Komissiya sədrinin sözlərinə görə, rayonun Güllük, Turaclı, Tasmalı, Çüdüllü kəndələrində zəlzələ nəticəsində çatların əmələ gəlməsi ilə bağlı icra hakimiyyətinə müraciət olub: "Bu saata qədər dörd kəndin hər birindən bir müraciət daxil olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi