Qaxda zəlzələ baş verib

Qaxda zəlzələ baş verib Yeraltı təkanların gücü təqribən 3 bala qədər hiss olunub
Hadisə
21 Avqust , 2017 00:06
Qaxda zəlzələ baş verib

Qax. 21 avqust. REPORT.AZ/ Axşam saat 23:00 radələrində Şimal-Qərb bölgəsində yerləşən Qax rayonunda zəlzələ olub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yeraltı təkanların gücü təqribən 3 bala qədər hiss olunub.

Yerli sakinlər "Report" a bildiriblər ki, bir dəfə baş verən təkanı əhali hiss edib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi