Qaxda yük və minik maşınları toqquşub, 3 nəfər yaralanıb - FOTO

Qaxda yük və minik maşınları toqquşub, 3 nəfər yaralanıb - FOTO Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
20 Sentyabr , 2019 22:02
Qaxda yük və minik maşınları toqquşub, 3 nəfər yaralanıb - FOTO

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Qax rayonu istiqamətində hərəkətdə olan Şəki sakini Elxan Səlimovun idarə etdiyi ərzaq məhsullarının satışı ilə məşğul olan firmaya məxsus "90-JS-092" dövlət qeydiyyat nişanlı "İsuzu" markalı yük avtomobili qarşıdan gələn Qax sakininin sükanı arxasında olduğu 34-BB-097 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində yük avtomobili aşıb. Onun sürücü Elxan Səlimov, həmçinin minik avtomobilində olan Qax sakinləri - 26 yaşlı Rahib Mənəfov və 27 yaşlı İlham Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

***20:12


Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun rayonun Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "İsuzu" markalı yük maşını ilə "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər ağır dbədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi