Qaxda yol qəzası olub, xəsarət alanlar var

Qaxda yol qəzası olub, xəsarət alanlar var Qax. 27 sentyabr. REPORT.AZ/ Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Hadisə
27 Sentyabr , 2018 08:39
Qaxda yol qəzası olub, xəsarət alanlar var

Qax. 27 sentyabr. REPORT.AZ/ Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 26-ı axşam saatlarında Şəki rayonu Aşağı Göynük kənd sakinləri 1967-ci il təvəllüdlü Dadaş Əli oğlu Mahmudov, 45 yaşlı Fərman Yusifov və Şəkinin Şin kənd sakini 1963-cü il təvəllüdlü Mirzə Məmməd oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan “Report”a bildirlib ki, müayinə zamanı hər üç şəxsin eyni minik avtomobilində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində yol qəzasına düşməsi məlum olub. Yaralılardan Dadaş Mahmudov xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Fərman Yusifov və Mirzə Cəbiyevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi