Yuxarı
    Bağlamaq

    Qaxda yol qəzası olub, xəsarət alan var - FOTO

    Dinlə
    © Report

    Qax. 17 dekabr. REPORT.AZ/ Qax rayonunda yol-nqəliyyat hadisəsi baş verib. 

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun və Aydın Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb.

    Belə ki, Qax rayon sakini, 1978-ci il təvəllüdlü Zaza Artuloviç Kuloşvilinin idarə etdiyi 34-BD-176 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə,1971-ci il təvəllüdlü Səfər Sabir oğlu Hacıyevin idarə etdiyi olduğu 34-BE-579 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü 47 yaşlı S.Hacıyev ağır bədn xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır: "Yol qəzası zamanı xəsarət alan Səfər Hacıyev ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona sol körpücüyün sınığı diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Hazırda onun müalicəsi  Cərrahiyə şöbəsində davam etdirilir.

    Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi