Qaxda yaşlı kişi bir gündə iki dəfə intihara cəhd edib

Qaxda yaşlı kişi bir gündə iki dəfə intihara cəhd edib Qax. 10 oktyabr. REPORT.AZ/ Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib
Hadisə
10 Oktyabr , 2018 21:37
Qaxda yaşlı kişi bir gündə iki dəfə intihara cəhd edib

Qax. 10 oktyabr. REPORT.AZ/ Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun 1960-cı il təvəllüdlü Zəyəm kənd sakini Nuriyev Ovod Abdurəhman oğlu günorta saatlarında kəskin zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Orada zərərçəkmişin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub.

Xəstəxanadan “Report”a bildirilib ki, o hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur, vəziyyəti orta-ağırdır.

O.Nuriyev oktyabrın 9-u da intihara cəhd edərək sol qolunun bilək nahiyəsini iti alətlə kəsib. Ona xəstəxananın Cərrahiyyə şöbəsində ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bundan əvvəl daha bir Qax rayon sakini İbrahim Abdurahmanov özünə məxsus bağda intihara cəhd edib. Son anda yaxınları tərəfindən xilas edilib 

Son xəbərlər

Orphus sistemi