Qaxda yanğın hadisəsi baş verib

Qaxda yanğın hadisəsi baş verib Hazırda yanğının baş vermə səbəbləri araşdırılır
Hadisə
5 Noyabr , 2014 12:27

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Azərbaycanın Qax rayonunda yanğın hadisəsi baş verib. Bu barədə "Report"a hadisə şahidləri məlumat verib.

Hadisə rayonun Mir Cəlal küçəsində 84 yaşlı Baba Camalova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan, 2 otaqlı fərdi yaşayış evində olub. Yanğın zamanı 1 mərtəbəli ev əşyaları ilə birgə yanaraq külə dönüb. Alovun qarşısı hadisə yerinə çağrılan yanğınsöndürənlər tərəfindən alınıb.

Hazırda yanğının baş vermə səbəblərini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi