Qaxda yabanı halda bitən 3 ton çətənə kolu məhv edildi

Qaxda yabanı halda bitən 3 ton çətənə kolu məhv edildi Ümumilikdə çəkisi 3 tona yaxın olan 14 550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib
Hadisə
24 May , 2021 10:41
Qaxda yabanı halda bitən 3 ton çətənə kolu məhv edildi
0 : 00
0 : 00

“Xaş-xaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14 550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi