​Qaxda yanğın nəticəsində yerli sakinə maddi ziyan dəyib

​Qaxda yanğın nəticəsində yerli sakinə maddi ziyan dəyib Lüba Nuraşviliyə məxsus 250 ədad ot bağlaması yanaraq məhv olub
Hadisə
13 Noyabr , 2015 23:49
​Qaxda yanğın nəticəsində yerli sakinə maddi ziyan dəyib

Bakı. 13 noyabr. REPORT.AZ/ Qaxda vətəndaşa məxsus mal tövləsi və içərisində olan 250 ədəd ot bağlaması yanıb.

"Report" xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Qax şəhəri, Vidadi küçəsi, döngə 1-də yaşayan Lüba Nuraşviliyə məxsus həyətdə baş verib.

Yanğın zamanı tövlənin çardaq hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Hadisə baş verən vaxtı tövlədə olan heyvanlar bayıra çıxarılsa da, çardaqda olan 250 ədəd ot bağlaması yanaraq külə dönüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun tövləyə bitişik evə, həmçinin digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi