Qaxda 3 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB - RƏSMİ

Qaxda 3 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB - RƏSMİ Yeraltı təkanlar yerin 15 km. dərinliyində qeydə alınıb
Hadisə
5 İyul , 2017 01:10
Qaxda 3 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB - RƏSMİ

Bakı. 5 iyul. REPORT.AZ/ AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Şimal-Qərb bölgəsində baş verən yeraltı təkanlarla bağlı rəsmi məlumat yayıb.

"Report" RSXM-nin saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 00:30-da Zaqataladan 29 km. cənub-şərqdə Qax ərazisində zəlzələ qeydə alınıb.

Məlumata görə, zəlzələ yerin 15 km. dərinliyində 3 bal gücündə baş verib və hiss olunmayıb.


***00:43

Qax. 5 iyul. REPORT.AZ/ Gecə saat 00:30 radələrində Şimal-Qərb bölgəsində yerləşən Qax və a Zaqatala rayonlarında zəlzələ olub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yeraltı təkanların gücü təqribən 4 bala qədər hiss olunub.

Yerli sakinlər təşvişə düşərək evlərindən küçələrə çıxıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi