Qaxda su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb

Qaxda su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb Silahları Qax Rayon Polis Şöbəsinin əməkdaşları aşkarlayıb
Hadisə
26 may 2017 07:37
Qaxda su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb

Bakı. 26 may. REPORT.AZ/ Qax rayonu ərazisindən keçən su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi