Qaxda qoyun oğrusu saxlanıldı

Qaxda qoyun oğrusu saxlanıldı Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
Hadisə
7 Mart , 2020 10:19
Qaxda qoyun oğrusu saxlanıldı
Report

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, daxil olan müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən əməliyyat keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi