Qaxda qəza oldu, xəsarət alan var

Qaxda qəza oldu, xəsarət alan var Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
261
26 Fevral , 2020 21:27
Qaxda qəza oldu, xəsarət alan var

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, rayonun Güllük kənd sakini, 1970-ci il təvəllüdlü Şahin Kamaləddin oğlu Mənəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi