Qaxda qayınata ehtiyatsızlıqdan kürəkənini avtomobillə vurub

Qaxda qayınata ehtiyatsızlıqdan kürəkənini avtomobillə vurub Qax. 16 dekabr. REPORT.AZ/ Qax sakinini avtomobil vurub.
Hadisə
16 Dekabr , 2018 22:36
Qaxda qayınata ehtiyatsızlıqdan kürəkənini avtomobillə vurub

Qax. 16 dekabr. REPORT.AZ/ Qax sakinini avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Turaclı kənd sakini 1978-ci il təvəllüdlü Rəşad Feyzulla oğlu Ramazanov bu gün axşam saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub.

Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub. Məlum olub ki, hadisə 40 yaşlı R.Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub.

Qeyd edək ki, bir neçə gün əvvəl də Qaxda avtomobil piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi