Qaxda qaydaları pozan 16 sürücü cərimələnib

Qaxda qaydaları pozan 16 sürücü cərimələnib Qaxda yol polisi əməkdaşlarının keçirdikləri reyd zamanı dayanma-durma qaydalarını pozan sürücülər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.
Hadisə
8 aprel 2022 16:24
Qaxda qaydaları pozan 16 sürücü cərimələnib

Qaxda yol polisi əməkdaşlarının keçirdikləri reyd zamanı dayanma-durma qaydalarını pozan sürücülər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının təşkil etdiyi reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində, eləcə də müəyyən edilməyən digər yerlərdə nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.Qaydalar onlara izah olunub və ümumilikdə 16 sürücü barəsində cərimə protokolu tərtib edilib.

Son xəbərlər

Orphus sistemi