Bakı. 18 avqust. REPORT. AZ/ Qaxda orta yaşlı kişi döyülərək yolun kənarına atılıb. "Report" xəbər verir ki, Qax rayon Ləkit kənd sakini 1978-ci il təvəllüdlü Hacıyev Vüsal Teymur oğlunu kəndin girəcəyində, yolun kənarında huşsuz vəziyyətdə kənd sakinləri aşkar edib.
Belə ki, Vüsal Hacıyevin yaxınlarına xəbər etdikdən sonra adı çəkilən şəxs Qax rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə beyin travması, bədəninin sifət nahiyyəsinin əzilmiş yaraları diaqnozu qoyulub. Vüsal Əliyevin dişləri qırılıb.
Xəstə özünə gəlmədiyindən kimin onu döyüb, əraziyə atması məlum deyil.
Faktla bağlı Qax Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.