Yuxarı
    Bağlamaq

    Qaxda narkotik tərkibli bitki əkib-becərən şəxslər saxlanılıblar

    Onların üzərindən narkotik və beşbarmaq götürülüb© Report.az

    Qax. 8 may. REPORT.AZ/ Qaxda narkotik bitki becərən üç nəfər saxlanılıb.

    "Report" un Şimal-qərb bürosunun məlumatına görə, Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

    Nəticədə Qax rayon Almalı kənd sakini, Süleyman İsa oğlu Süleymanov, Balakən rayon Mahamalar kənd sakinləri - İsa İslam oğlu Muradov və Abdulla Məhəmməd oğlu Osmanovun rayonun Əlibəyli kəndi ərazisində, meşə sahəsində xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

    Onların üzərinə baxış zamanı, İsa Muradovun çantasından 0,92 qram, cibindən isə 7,30 qram qurudulmuş marixuana da aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beşbarmaq götürülüb.

    Saxlanılanların ilkin ifadələri zamanı bəlli olub ki, çətənə kollarını onlar bir həftə öncə həmin ərazidə əkiblər.

    Qeyd edək ki, Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkum olunublar.

    Hər üç şəxs saxlanılıb, faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi