Qaxda motosiklet divara çırpılıb, sürücü xəsarət alıb

Qaxda motosiklet divara çırpılıb, sürücü xəsarət alıb Qax. 16 noyabr. REPORT.AZ/ Axşam saatlarında Qax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Noyabr , 2018 21:59
Qaxda motosiklet divara çırpılıb, sürücü xəsarət alıb

Qax. 16 noyabr. REPORT.AZ/ Axşam saatlarında Qax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Qaratala kəndi ərazisində qoşqulu motosikletlə hərəkətdə olan 1995-ci il təvəllüdlü yerli sakin Abdullazadə Elnur Qürbət oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpıb.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən “Report”a bildirilib ki, E.Abdullazadənin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl İmişlidə yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi