Qaxda maska taxmayanlar cərimələndi

Qaxda maska taxmayanlar cərimələndi Qax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar sosial izolyasiya qaydalarına riayət edilməsi məqsədilə tədbirləri davam etdirir.
Hadisə
27 İyun , 2020 09:56
Qaxda maska taxmayanlar cərimələndi

Qax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar sosial izolyasiya qaydalarına riayət edilməsi məqsədilə tədbirləri davam etdirir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yol polisi əməkdaşları sərnişindaşıma ilə məşğul olan avtobus, taksi və digər nəqliyyat vasitələrində sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparıb, onları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Vətəndaşlarla söhbət zamanı tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi