Qaxda mağazadan 10 min manat oğurlayan iki qardaş saxlanılıb

Qaxda mağazadan 10 min manat oğurlayan iki qardaş saxlanılıb Qax. 5 fevral. REPORT.AZ/ Qax şəhəri ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Hadisə
5 Fevral , 2018 12:18
Qaxda mağazadan 10 min manat oğurlayan iki qardaş saxlanılıb

Qax. 5 fevral. REPORT.AZ/ Qax şəhəri ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla obyektə qeyri-qanuni yolla daxil olmaqla oradan ümumilikdə 10.300 manat və 100 ABŞ dollarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan 2 qardaş müəyyən edilərək saxlanılıblar.

Əvvəllər də məhkum olunmuşlar - Elsevər və Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvarın 21-də və 30-da digər 2 mağazadan da pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi