Qaxda leysan olub, çay daşıb, restoran və evlərin həyətlərini su basıb

Qaxda leysan olub, çay daşıb, restoran və evlərin həyətlərini su basıb Qax rayonunda leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və fərdi yaşayış evlərinin həyətlərini su basıb.
Hadisə
7 İyun , 2023 13:02
Qaxda leysan olub, çay daşıb, restoran və evlərin həyətlərini su basıb

Qax rayonunda leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və fərdi yaşayış evlərinin həyətlərini su basıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən rayon ərazisində güclü küləklə müşahidə olunan leysan başlayıb.

Təbiət hadisəsi nəticəsində yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub.

Bundan başqa, Qapıçay çayında suyun səviyyəsi artdığından daşqın olub. Nəticədə Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisi subasmaya məruz qalıb.

Eyni zamanda Marsan kəndində sel suları fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə dolub.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi