Qaxda kənd qəbiristanlığında yanğın baş verib - FOTO

Qaxda kənd qəbiristanlığında yanğın baş verib - FOTO Qəbiristanlığın yarısı və ətraf hissəsində 1,5 hektar otlaq sahəsi, kol-kos yanıb
Hadisə
21 avqust 2015 13:38
Qaxda kənd qəbiristanlığında yanğın baş verib - FOTO

Bakı. 21 avqust. REPORT.AZ/ Qax rayonunun Qorağan kəndinin qəbiristanlığında yanğın baş verib. "Report" xəbər verir ki, yanğın hadisəsi bu gün saat 17:00-da qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 2 hektar olan qəbiristanlığın yarısı və ətraf hissəsində 1,5 hektar otlaq sahəsi, kol-kos yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin və kənd sakinlərinin köməyi ilə qəbiristanlığın təmamilə yanmasının qarşısı alınıb. Ətraf ərazilər də yanğından mühafizə olunub. Faktla bağlı Qax Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi