Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib - VİDEO

Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib - VİDEO Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Hadisə
4 Aprel , 2020 13:02
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib - VİDEO

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib. Belə ki, rejim qaydalarını pozaraq heç bir zərurət olmadan çöldə gəzən 2 Qax rayon sakini - Xəyal RəsulovRəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə, saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

Həmçinin rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi