Qaxda intihar məqsədilə özünü asan qadını həyat yoldaşı xilas edib

Qaxda intihar məqsədilə özünü asan qadını həyat yoldaşı xilas edib Qax.10 avqust. REPORT.AZ/ Qax rayonunda intihar məqsədilə özünü asan qadını həyat yoldaşı xilas edib.
Hadisə
10 Avqust , 2018 16:56
Qaxda intihar məqsədilə özünü asan qadını həyat yoldaşı xilas edib

Qax.10 avqust. REPORT.AZ/ Qax rayonunda intihar məqsədilə özünü asan qadını həyat yoldaşı xilas edib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü M. M. intihar etmək məqsədilə özünü asıb. Qadını asılı vəziyyətdə görən həyat yoldaşı onu xilas edib və dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

M.M.-ə ilkin tibbi yardım göstərilib, həkimlərin müdaxiləsindən sonra vəziyyəti normallaşıb. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər intihara cəhd edən qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi