Qaxda iki uşaq atası itkin düşüb - FOTO

Qaxda iki uşaq atası itkin düşüb - FOTO Əhməd Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb
Hadisə
23 May , 2016 18:08
Qaxda iki uşaq atası itkin düşüb - FOTO

Qax. 23 may. REPORT.AZ/ Qax rayonunun 30 yaşlı sakini itkin düşüb. Bu barədə "Report"un Şəki-Zaqatala bürosunun müxbirinə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb. 

Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil. Əhməd Şükürovun əlamətləri-arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub". 

Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52

Qeyd edək ki, Ə.Qabulov əqli cəhətdən qüsurludur, onun iki azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi